Sabah 16 yaşadək basketbolçular arasında Avropa çempionatına start veriləcək. Matc.az xəbər verir ki, C divizionunda yer alan Azərbaycan millisinin oyunlarının vaxtı da müəyyənləşib.
 
Tahir Baxşıyevin yetirmələri Kosovonun paytaxtı Priştinada təşkil olunacaq turnirin ilk oyununda Kiprlə üz-üzə gələcək. Yığmamız ayın 21-də isə Ermənistana rəqib olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
Komandamız iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq. Bu oyunların başlama vaxtı isə 19:30-du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest