"Uğursuz qol səbəbindən Belçikaya 0:1 hesabı ilə uduzduq". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında deyib.
 
İtaliyalı mütəxəssis yığmanın AVRO-2024-ün seçmə mərhələsində keçirəcəyi qarşıdakı görüşlərə də toxunub: "Belçika önündə, həqiqətən də, yaxşı oynadıq, Bu, bizim səviyyəmizdəki komandaların kiçik çatışmazlığıdı. İndi əlçatan Estoniya və əlçatmaz Avstriya ilə oynayacağıq. Vəzifəmizi yerinə yetirməyə çalışacağıq".
 
Qeyd edək ki, millimiz oktyabrın 13-də Tallində Estoniya, 16-da isə Bakıda Avstriya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest