Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderlanda qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək.
 
Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. "Timekeeper" isə niderlandlı Joern Te Kloeze olacaq.
 
Dekabrın 20-də baş tutacaq Niderland – Azərbaycan görüşü saat 21:30-da start götürəcək. Azərbaycan millisi dekabrın 15-də isə Rumıniyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest