06 Dekabr 2023, 14:43
FUTBOL
Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin ayağını sındıran “Lerik”in oyunçusu cəzalandırılıb. Matc.az xəbər verir ki, AFFA İntizam Komitəsi Rahid Ağazadəyə qarşılaşmanın 23-cü dəqiqəsindəki təcavüzkar davranışına görə cəza kəsib.
Əsasnamənin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddənin 8-ci bəndini əsas tutan Peşəkar Futbol Liqası Ağazadəyə bütün turnirlər daxil olmaqla 6 matçlıq diskvalifikasiya verib.
Bu, “Lerik”in də 300 manat cərimələnməsinə səbəb olub.