2024-cü ildə ən çox qol vuran futbolçular müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) ilin geridə qalan 9 ayının bomardirlərini açıqlayıb.

Cədvəldə 22 və daha çox qol vuran 52 oyunçu düşüb. Onlar arasında “Qarabağ”ın hücumçusu Olavio Juninyo da var. Braziliyalı 23 qolla dünyada 33-cü sıradadı. O, Premyer Liqada 9, ölkə kubokunda 5, avrokuboklarda 9 qola imza atıb.

Siyahıya İsveç millisinin və “Sportinq” klubunun üzvü Viktor Qyökeres başçılıq edir. O, 40 qolla liderliyi ələ keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest