Beynəlxalq Futbol Federasiyası (FİFA) iyunun 15-də başlayacaq 2025-ci il Klublararası Dünya Çempionatı öncəsi oyunçu transferlərini stimullaşdırmaq üçün iyunun 1-dən 10-dək açıq olacaq üçüncü "transfer pəncərəsi"ni tətbiq etmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat paylaşıb.
Bildirilir ki, klublara turnir başlamazdan əvvəl müqaviləsi başa çatan futbolçularla müqaviləni bir neçə gün uzatmağa da icazə veriləcək.
Yeni transfer pəncərəsindən yarışda iştirak edən klublar, eləcə də təşəbbüsü təsdiqləyən futbol federasiyalarının komandaları yararlana biləcək.
Xatırladaq ki, yeni yarış formatında iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksələcək. Turnirdə Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcək. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.