"Neftçi" klubunun mətbuat xidməti belaruslu baş məşqçi Viktor Qonçarenkonun komandaya rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlər münasibət bildirib.
"Neftçi" klubunun mətbuat xidməti belaruslu baş məşqçi Viktor Qonçarenkonun komandaya rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti "sport-express"ə açıqlama verib.
"Viktor Qonçarenko postsovet məkanında çox təcrübəli və tanınmış məşqçidir, lakin bu məlumat doğru deyil”, - deyə klubun mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, mütəxəssisin son iş yeri 30 may 2024-cü ildə tərk etdiyi Yekaterinburqun "Ural" klubu olub. O, həmçinin BATE, "Kuban", "Ufa", "Krasnodar" və ÇSKA komandalarını da çalışıb.