"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun rəhbərliyini "Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyneyə həftəlik 1 milyon funt-sterlinq (1,19 milyon avro) dəyərində müqavilə təklif etməyə razı salmağa çalışır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mirror" paylaşıb.
Bildirilrir ki, portuqaliyalı futbolçu hesab edir ki, De Bruyneni komandaya qatmaq "Əl-Nəsr"in Səudiyyə Ərəbistanının aparıcı klubuna çevrilməsinə kömək edə bilər. Ronaldo hesab edir ki, "Əl-Nəsr"in rəhbərləri 33 yaşlı futbolçunun 2025-ci ilin yayında başa çatacaq müqaviləsi ilə bağlı yaranmış vəziyyətdən yararlanmalıdırlar.
Qeyd edək ki, bu mövsüm De Bruyne bütün yarışlarda 6 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun bazar dəyəri 45 milyon avrodur.