28 Noyabr 2026, 13:12
FUTBOL
“Mançester Yunayted” kapitanı Bruno Fernandeslə bağlı mühüm qərar qəbul edib. Matc.az xəbər verir ki, İngiltərə klubu portuqaliyalı yarımmüdafiəçinin müqaviləsindəki əlavə birillik uzatma bəndini aktivləşdirib.
Bununla futbolçunun “Old Trafford”dakı sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb. Bu addım klubun Fernandeşi azad agent kimi itirməsinin qarşısını almaq məqsədi daşıyır.
Müqavilənin uzadılması onun gələcəkdə komandadan ayrılmayacağı anlamına gəlmir. Fernandeşin adı son vaxtlar müxtəlif transfer müzakirələrində hallanırdı. Portuqaliyalı futbolçu hazırda komandanın ən vacib oyunçularından biri hesab olunur.
Qeyd edək ki, kapitan xəstəlik səbəbindən “Brentford”la oyunda meydana çıxmaya bilər.









_1694704723.png)



