06 Oktyabr 2024, 10:49
FUTBOL
"Real"ın müdafiəçisi Daniel Karvahal İspaniya La Liqasının 9-cu turunun "Vilyarreal"la (2:0) oyununda zədələnib.
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu matçın son dəqiqələrində rəqib müdafiəçi Pino ilə toqquşaraq yerə yıxılıb. O, meydanı xərəkdə və göz yaşları içində tərk edib.
Xəstəxanaya aparılan ispaniyalı futbolçunun durumu müəyyənləşib. Karvahal özü bu barədə İnstaqram səhifəsində məlumat yayıb. O, çarpaz bağlarının zədələndiyi və bir neçə ay meydana çıxa bilməyəcəyini yazıb.
Qeyd edək ki, "Real"ın aparıcı üzvlərindən olan Karvahal həm də vitse-kapitandır.