Türkiyə Superliqasında 8-ci tura yekun vurulub.
Matc.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.
"Qalatasaray" dogma meydanda "Alanyaspor"a minimal hesabla qalib gəlib. "Beşiktaş" isə "Qaziantep" səfərində son dəqiqələrdə qələbəni əldən verərək heç-heçəyə razılaşmalı olub.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 22 xalla "Qalatasaray" liderlik edir. "Samsunspor" 18 xalla 2-ci, "Beşiktaş" isə 17 xalla (7 oyuna) 3-cüdür.
Türkiyə Superliqası
8-ci tur
6 oktyabr
"Konyaspor" – "Eyüpspor" - 2:1
Qollar: Erdoğan, 72, Aleksiç, 90+7 // Kutucu, 65
"Adana Demirspor" – "Samsunspor" - 1:3
Qollar: Barasi, 7-pen. // Muya, 58, Dimata, 90+3, Aydoğdu, 90+10
"Qalatasaray" – "Alanyaspor" - 1:0
Qol: Akgün, 28
"Qaziantep" – "Beşiktaş" - 1:1
Qollar: Maksim, 90+5 // İmmobile, 31 (pen)