10 Oktyabr 2024, 20:27
FUTBOL
"Napoli"nin vingeri Xviça Kvaratsxeliya sentyabrda İtaliya A Seriyasının ən yaxşı futbolçusu adına azarkeşlərin səsverməsində qalib gəlib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionatının rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçu sentyabrda İtaliya çempionatının 3 oyununda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edilən mükafat gürcü futbolçuya A Seriyasının 9-cu turunun "Leççe" ilə oktyabrın 26-da baş tutacaq oyunu öncəsi veriləcək.
Ümumilikdə, bu mövsüm Kvaratsxelia bütün turnirlərdə 9 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.