04 Dekabr 2024, 17:09
FUTBOL
“Barselona” qışda heyətini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, Kataloniya klubu “Çelsi”nin üzvü Mixail Mudriklə yaxından maraqlanır.
“Barsa” ukraynalı yarımmüdafiəçi ilə danışıqlara start verib. Tərəflər razılığa gələ bilsələr, İspaniya təmsilçisi 23 yaşlı oyunçunu 6 aylıq müddətə icarəyə götürəcək. “Çelsi” rəhbərliyinin də bu keçidə qarşı olmadığı bildirilir.
Qeyd edək ki, Mudrik cari mövsümdə "Çelsi"nin heyətində 16 oyunda 3 qola imza atıb.