2:0 hesabı ilə qalib gələn “Səbail”in ilk qolu yubiley xarakteri daşıyıb.

“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.

Bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib. 2:0 hesabı ilə qalib gələn “Səbail”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.

Qeyd edək ki, turnirdə debütü 2016/17 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest