21 Mart 2025, 21:30
FUTBOL
"Leon" klublararası dünya çempionatından kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə qərar FIFA tərəfindən verilib.
Meksika təmsilçisinin rəhbərliyi, eyni zamanda turnirdə iştirak edən "Paçuaka"nın da sahib olduğu üçün qaydaları pozub.
"Leon"u əvəzləyəcək komanda tezliklə açıqlanacaq. İlkin namizədlər arasında "Barselona", "Əl-Nəsr", "Liverpul" və "Los Anceles" klubları var.
Qitələr üzrə say məhdudiyyəti olmasına baxmayaraq, FIFA turnirə olan marağı artırmaq üçün bu klublardan birini çempionata cəlb edə bilər.
Qeyd edək ki, sözügedən turnir 14 iyun - 13 iyul tarixlərində ABŞ-da keççiriləcək.