"Atalanta"nın hücumçusu Ademola Lukman İtaliya klubundan ayrılaraq "Barselona"ya keçmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, nigeriyalı futbolçu 2026-cı ilin yayında başa çatacaq "Atalanta" ilə müqaviləsinin bitməsini gözləməsə, klubu 30 milyon avroya yaxın təzminat qarşılığında tərk edə bilər.

Qeyd edək ki, Lukman bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest