24 Mart 2025, 17:25
FUTBOL
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo yığma səviyyəsində ən çox qələbə qazanan futbolçu kimi Ginnesin Rekordlar Kitabından sertifikat alıb. Matc.az xəbər verir ki, mükafat ona Millətlər Liqasında Danimarka ilə oyunöncəsi təqdim olunub.
40 yaşlı forvard bu rekordu ötən il noyabrın 15-də Polşanı 5:1 hesabı ilə məğlub etdikləri görüşdə rəsmiləşdirib. Ronaldo Portuqaliya millisində 132 qələbə qazanıb və bu göstəriciyə 215 oyunda çatıb.
O, bu statistikada ispan futbolçuları geridə qoyub: İkinci yerdəki Serxio Ramos 131 (180 oyun), İker Kasilyas isə 121 qələbə (167 oyun) sevinci yaşayıb.