“Yuventus” 2025-ci il Klublararası Dünya Çempionatından sonra İqor Tudorla müqaviləni ləğv edə bilər. Matc.az xəbər verir ki, bu, komandanın nəticələrindən asılı olacaq.

Xorvatiyalı mütəxəssis dünən Tyaqo Mottanın əvəzinə baş məşqçi postuna təyin olunub. Tudorun turinlilərlə sözləşməsi bu ilin yayına qədərdi. Komanda Çempionlar Liqasına vəsiqə qazansa, anlaşma daha bir il uzadılacaq. Bununla belə, klub 30 iyul tarixinədək müqaviləni birtərəfli qaydada heç bir təzminat ödəmədən ləğv etmək hüququna malikdi. Bu o deməkdir ki, Tudor Klublararası Dünya Çempionatı zamanı “Yuventus”u çalışdıracaq, lakin onun növbəti mövsümdə komandada qalacağına heç bir təminat yoxdu.

Tudor rəhbərliyin müvəqqəti baş məşqçi axtardığını bilə-bilə bu vəzifəni qəbul edib. Onun bu şərtləri qəbul etməsi Roberto Mançininin təyinatına mane olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest