"Qarabağ"la Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək.

"Qarabağ"la Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək.

Matc.az xəbər verir ki, bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub.

Azərbaycan çempionunun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.

Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. İdarə Heyətimizin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest