27 Avqust 2025, 11:16
FUTBOL
"Vulverhempton"un hücumçusu Yorgen Strand Larsen Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Nyukasl" norveçli forvardı transfer etmək üçün səylərini davam etdirir. "Sağsağanlar" 25 yaşlı futbolçu üçün onun klubuna 60 milyon funt-sterlinqqlik təklif göndərəcək.
Qeyd edək ki, Yorgen Strand Larsen ötən mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 38 oyunda 14 qol vurub, 5 qol ötürməsi edib.