"Roma"nın və Ukrayna millisinin hücumçusu Artem Dovbik İspaniya La Liqasına qayıtmayacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Matteo Moretto paylaşıb.
"Roma" və "Vilyarreal" arasında danışıqlar pozulub. Daha əvvəl klubların transfer məbləğində razılığa gələ bilmədiyi barədə məlumat yayılmışdı. İspanlar hücumçunun icarəsinə 5 milyon avro təklif etmişdilər, italyanlar isə futbolçunun tam transferində israrlıdırlar.
Qeyd edək ki, Ukraynanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa və Azərbaycan yığmaları ilə oyunların iştirak ərizəsinə daxil olan Dovbik İtaliya A seriyasının ilk turunun "Bolonya" ilə matçında (1:0) cəmi 16 dəqiqə meydanda olub.
"Roma" Artem Dovbiki "Jirona"dan 30,5 milyon avroya alıb. İtaliyadakı ilk mövsümündə ukraynalı futbolçu 45 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.