Moskvanın "Dinamo" və "Spartak" klubunun sabiq futbolçusu Andrey Çernışov "Krasnodar"ın baş məşqçisi Murad Musayevin məşqçi kimi yetişdiyini deyib.
Matc.az xəbər verir ki, Musayev 3 il Azərbaycanın "Sabah" klubunda çalışdıqdan sonra, 2024-cü ildə "Krasnodar"a qayıdıb.
"Krasnodar" indi layiqli görünür və Avropa modelinə yaxınlaşıb. Komanda yaxşı futbol oynayırdı, amma güc nümayiş etdirmirdi. İndi gözəl futbol oynayır və Avropa klublarına xas olan güc komponentinə malikdir. Musayev Azərbaycandan qayıtdıqdan sonra onda çox şey dəyişib və indi onun tamamilə fərqli, güclü komandası var", - Çernışov "Championat"ın müxbiri Vladislav Kruqlova müsahibəsində bildirib.
Qeyd edək ki, yeddi turdan sonra 16 xal toplayan "Krasnodar" Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.