"Napoli"nin mərkəz müdafiəçisi Amir Rrahmani zədə səbəbindən 2-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, sentyabrın 5-də DÇ-2026-nın seçmə mərhələsində Kosovo millisinin heyətində İsveçrəyə qarşı keçirilən oyunda (0:4 məğlubiyyət) əzələ zədəsi alıb.

Rrahmani A Seriyasında "Fiorentina" və "Piza" (müvafiq olaraq 13 və 22 sentyabr), eləcə də Çempionlar Liqasının I turunda "Mançester Siti"yə qarşı oyunlarda "Napoli"yə kömək edə bilməyəcək.

Qeyd edək ki, bu mövsüm 31 yaşlı müdafiəçi artıq "Napoli"nin heyətində A Seriyasının iki oyununda iştirak edib və hər iki matçda tam 90 dəqiqə keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest