DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda bu gün keçiriləcək 2-ci turun Türkiyə – İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq.

Matc.az xəbər verir ki, görüş "CBC Sport" kanalı ilə birbaşa nümayiş etdiriləcək.

Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Türkiyə kanallarından isə oyunu TV8 kanalı yayımlayacaq. 

Qeyd edək ki, bir turdan sonra ehtiyatında 3 xalı olan Türkiyə və İspaniya E qrupunda şərikli liderdirlər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest