Misli Premyer Liqasında VII turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

"Sabah" səfərdə "Karvan-Yevlax"ı iki cavabsız qolla məğlub edib. "Qəbələ" isə doğma meydanda "Şamaxı"ya minimal hesabla uduzub.

Qeyd edək ki, növbəti turun oyunları 17-19 oktyabr tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
VII tur

5 oktyabr (bazar)

"Qəbələ" – "Şamaxı" - 0:1
Qol: Rikardo Apolinario, 8 (pen)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ şəhər stadionu

"Qəbələ"1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Sxadadze

"Şamaxı": 1. Rikardo Fernandes (k) 27. Emil Süleymanov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 97. Oruc Məmmədov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov


"Karvan-Yevlax" – "Sabah" - 0:2 
Qollar: 
Coy Lens Mikels, 31 (pen), Kahim Parris 37
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı şəhər stadionu 

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 2. Şakil Sno 12. Vitor Roşa 11. Kayl Spens 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Azər Həşimov

"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 19. Aron Maluda 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest