08 Oktyabr 2025, 14:43
FUTBOL
"Napoli"nin heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Stanislav Lobotka sıradan çıxıb.
Slovakiyalı futbolçu İtaliya A Seriyasının 6-cı turunun "Cenoa" ilə matında zədələnib. 30 yaşlı dayaq yarımmüdafiəçisi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Stanislav Lobotka bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 8 oyunda 1 qol ötürməsi edib.
Qeyd edək ki, "Napolu" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 26-da İtaliyada baş tutacaq.