"Qalatasaray"ın müdafiəçisi Vilfred Sinqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Liverpul" Fil Dişi Sahili millisinin üzvü ilə maraqlanır. "Qırmızılar" Sinqonu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Qalatasaray"a qarşı keçirdikləri matçında bəyənib.

"Liverpul" 24 yaşlı mərkəz müdafiəçisinin performansını yaxından izləməyə davam edəcək.

Qeyd edək ki, Vilfred Sinqo bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest