Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo ilk milyarder futbolçu olub.

Matc.az xəbər verir ki, 40 yaşlı hücumçunun hazırkı sərvəti 1,4 milyard avro təşkil edir.

Forvard bir müddət öncə Səudiyyə klubu ilə dəyəri 400 milyon avrodan çox olan 2 illik yeni müqavilə imzalayıb. Məhz bundan sonra onun sərvəti 1 milyardı ötüb.

Qeyd edək ki, Ronaldo karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus" klublarında çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest