08 Oktyabr 2025, 17:02
FUTBOL
Almaniyanın "Ştutqart" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, hücumçu Ermedin Demiroviç sıradan çıxıb. Bu barədə "Bild" nərşi məlumat yayıb.
Bosniya və Herseqovina millisinin üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Ştutqart" Ermedin Demiroviçi 2024-cü ilin yayında "Auqsburq"dan 23 milyon avroya transfer edib. 27 yaşlı forvard bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 10 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.