08 Oktyabr 2025, 11:59
FUTBOL
"Əl-İttihad"ın yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, ərəblər Serjiu Konseysau ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb. Klub yaxın zamanda təyinatı rəsmi olaraq açıqlayacaq.
Qeyd edək ki, Serjiu Konseysaunun son iş yeri "Milan" olub.