08 Oktyabr 2025, 11:10
FUTBOL
"Barselona"nın futbolçusu Rafinya İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Yunayted" braziliyalı vingeri transfer etmək istəyir. Keçidin təxminən 120 milyon funt-sterlinqə tamamlanmaq ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, "Barselona" Rafintanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. 28 yaşlı oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 7 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.