19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.
Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Mladost” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.
28 noyabr
15:00. Şimali Makedoniya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
“Mladost” stadionu, Strumitsa
Baş hakim: Yurqita Maçikunitye (Litva)
Baş hakimin köməkçiləri: İrina Pozdeyeva (Litva), Edyena Kapciu (Albaniya)
Dördüncü hakim: Yoanna Vassallo (Malta)












