"Napoli"nin müdafiəçisi Amir Rahmani karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubunun yeni müqavilə təklifini qəbul etməyən kosovolu futbolçunu "Fənərbaxça" və "Beşiktaş" transfer etmək istəyir. İstanbul nəhəngləri 31 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Amir Rahmani bu mövsüm "Napoli"nin heyətində 7 oyunda meydana çıxıb. Onun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest