"Barselona"nın 26 yaşlı müdafiəçisi Ronald Arauxo La Liqanın 14-cü turunda "Alaves"ə qarşı oyunu buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Hans-Diter Flik açıqlama verib.

"Arauxo mədə virusuna yoluxub. O, bu gün məşq etməyib və sabahkı oyunu da buraxacaq.

Məyus olduq. "Çelsi"yə məğlubiyyət çətin idi. Qazana biləcəyimizi düşünürdük. Növbəti oyuna nikbin baxmalıyıq", - Flik deyib.

"Barselona" ötən gün Çempionlar Liqasında "Çelsi"yə məğlub olub. Həmin matçda Arauxo ikinci sarı vərəqədən meydandan qovulub. Kataloniya klubunun kapitanının qovulma səbəbindən çətin psixoloji vəziyyətdə olduğu bildirilir.

"Barselona"nın "Alaves"ə qarşı oyunu sabah keçiriləcək. Katalonlar hazırda turnir cədvəlində lider "Real"dan 1 xal geridə qalaraq ikinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest