28 Noyabr 2025, 12:10
FUTBOL
"Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"Sanderlend" fransalı futbolçunu transfer etmək istəyir. İngiltirə klubu Qenduzi üçün "Latsio" ilə danışıqlara başlayıb.
Roma təmsilçisi 26 yaşlı oyunçu üçün 30 milyon avro tələb edir. Transferin yanvar ayında reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Matteo Qenduzi bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 10 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Fransa millisinin üzvü daha əvvək İngiltərədə "Arsenal"ın formasını geyinib.












