28 Noyabr 2025, 14:59
FUTBOL
"Qalatasaray" Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində səfərdə "Fənərbaxça"nın qonağı olacaq.
Matc.az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi İstanbul derbisi üçün yüksək məbləğdə mükafat vəd edib. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Derbidə qalibiyyət əldə olunsa, komandaya 1 milyon avro (49 milyon TL) mükafat veriləcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 1 dekabr tarixində keeçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.












