28 Noyabr 2025, 18:15
FUTBOL
“Real”ın futbolçusu Eduardo Kamavinqa mətbuatda komanda daxilində gərgin atmosfer barədə yayılmış söhbətlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, son vaxtlar baş məşqçi Xabi Alonso ilə “kral klubu”nun bəzi futbolçuları arasında mümkün konflikt barədə məlumatlar yayılıb. Fransalı yarımmüdafiəçi iddiaları təkzib edib:
“Soyunma otağında problem? Bu, mətbuatdan qaynaqlanır. Hazırda bizim paaltardəyişmə otağımız heç vaxt olmadığı qədər birləşmiş vəziyyətdədir. Qələbələr və baş məşqçimiz üçün əlimizdən gələni edəcəyik".












