Ukraynanın "Dinamo" klubu baş məşqçi Aleksandr Şovkovski ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssis UEFA Konfrans Liqası Liqa mərhələsinin IV turunun "Omoniya" ilə matçından sonra istefaya göndərilib. Ukraynalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Aleksandr Şavtovski 2023-cü ilin noyabr ayında "Dinamo"nun baş məşqçisi postuna təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest