28 Noyabr 2025, 15:26
FUTBOL
Polşanın "Poqon" klubunun futbolçusu Adrian Prjiborek karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
"Nottingem Forest" polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Klubu 18 yaşlı oyunçu üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Polşa U-19 millisinin üzvü olan Adrian Prjiborek bu mövsüm "Poqon"un heyətində keçirdiyi 16 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.












