Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Mərhələnin matçları üç günü əhatə edəcək.
1/8 final cütlərindən yalnız ikisində üz-üzə gələcək komandaların kubokdakı yolları əvvəlki illərdə də kəsişib. Digər 6 cüt isə ilk dəfə kubokda qarşılaşacaq.
Matc.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr (çərşənbə axşamı)
“Zirə” – “Neftçi” – 10 oyun, +4=3-3, top fərqi 6-9
“Zirə” son iki görüşdə qol vurub. Qəsəbə klubunun meydanındakı son 4 görüşdə 1-dən artıq qol olmayıb.
2016/17, 1/4 final, Zirə (Bakı) - Neftçi (Bakı) 0:3, 2:1
2017/18, 1/4 final, Zirə (Bakı) - Neftçi (Bakı) 1:0, 0:2
2020/21, 1/4 final, Neftçi (Bakı) - Zirə (Bakı) 0:1, 0:0
2021/22, 1/2 final, Zirə (Bakı) - Neftçi (Bakı) 0:0, 0:0, pen.4:2
2022/23, 1/4 final, Zirə (Bakı) - Neftçi (Bakı) 1:0, 1:3
4 dekabr (cümə axşamı)
“Araz-Naxçıvan” – “Kəpəz” – 2 oyun, +0=1-1, top fərqi 0-0
Komandalar arasındakı iki matçdan yalnız biri baş tutub və qolsuz başa çatıb. Cavab görüşündə isə texniki nəticə qeydə alınıb.
2001/02, 1/8 final, Araz (Naxçıvan) - Kəpəz (Gəncə)* 0:0, -:+
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.












