11 Dekabr 2025, 16:01
FUTBOL
Millimizin aktivində 1318.261 əmsal var. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv bu ay Banqladeşdə keçirilmiş "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi olub.
Qadın futbolçulardan ibarət milli komandaların 2025-ci il üçün sonuncu reytinq cədvəli açıqlanıb.
Matc.az xəbər verir ki, Azərbaycan yığması ili 74-cü pillədə başa vurub.
Millimizin aktivində 1318.261 əmsal var. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv bu ay Banqladeşdə keçirilmiş "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi olub. Yığmamız Malayziya (1:0) və Banqladeşi (2:1) məğlub edib.
Qeyd edək ki, reytinq cədvəlinə İspaniya seçməsi (2094.891) başçılıq edir.



_1765464469.jpg)








