08 Fevral 2026, 18:04
FUTBOL
"Nyukasl"ın futbolçusu Entoni Qordon Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.
"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. "Qırmızı şeytanlar" 24 yaşlı vinger üçün yayda danışlıqlara başlamağı planlaşdırır.
Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 33 oyunda 10 qol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyunlar 18-24 fevral tarixlərində keçiriləcək.












