"Fənərbaxça" Anderson Talişkanın mövsümün sonunda başa çatmalı olan müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyaalı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Fənərbaxça" Talişkanı 2025-ci ilin yanvarında "Əl-Nəsr"dən transfer edib. 32 yaşlı futbolçu bu mövsüm istanbul təmsilçisinin heyətində keçirdiyi 33 oyunda 19 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest