19 May 2026, 11:22
FUTBOL
"İnter"in kapitanı Lautaro Martines gələcəyi ilə bağlı danışıb.
Matc.az xəbər verir ki, "La Gazzette dello Sport"a danışan argentinalı hücumçu karyerası ərzində yalnız Milan təmsilçisində oynamaq istədiyini deyib:
"Karyeramı "İnter"də bitirmək istəyirəm. Burada çox xoşbəxtəm. Başqa yerdə oynadığımı düşünə bilmirəm. Məni qovmasalar,hər zaman "İnter"də qalacağam".
Qeyd edək ki, Lautaro Martines 2018-ci ilin yayından "İnter"də çıxış edir. 28 yaşlı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 40 oyunda 22 qol vurub, 6 qol ötürməsi edib.











_1779145636.jpg)
.jpg_1779145414.jpeg)
