19 May 2026, 14:36
FUTBOL
"Mançester Yunayted" "Borussiya"da çıxış edən Kərim Adeyemini transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Almaniyalı vinger Dortmund təmsilçisinin gələn ilin yayında başa çatan müqavilənin uzadılması ilə bağlı təklifini qəbul etməyib. Bunu nəzərə alan klub 25 yaşlı futbolçu üçün 60 milyon avrodan yuxarı gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək Kərim Adeyemi bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 10 qol vurub, 6 qol ötürməsi edib.





_1779196900.jpg)







