"Mançester Siti" rəhbərliyi "Etihad" stadionunun tribunalarından birinə komandanın baş məşqçisi Pep Qvardiolanın adının verilməsi imkanını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İngiltərə klubunun rəhbərliyi yekun qərarı 2025/2026 mövsümü başa çatdıqdan sonra qəbul etməyi planlaşdırır.

​Daha əvvəl mediada cari mövsümün Qvardiola üçün "şəhərlilər"in baş məşqçisi postunda sonuncu ola biləcəyi barədə xəbərlər yayılın. Bununla belə, insayder Fabrisio Romano tərəflər arasında üç illik yeni müqaviləyə dair şifahi razılığın əldə olunduğunu bildirib.

​Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. İspaniyalı mütəxəssis bu müddət ərzində komandanın başında 591 oyuna çıxıb, 423 qələbə qazanıb və 20 titula sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest