19 May 2026, 16:13
FUTBOL
Bukayo Saka adını "Arsenal"ın tarixinə yazdırıb.
Matc.az xəbər verir ki, ingiltərəli vinger Premyer Liqanın XXXVII turunun "Börnli" ilə matçında qol ötürməsi etməklə buna nail olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Saka klubun tarixindəə 50-dən çox qol və məhsuldar ötürmə edən 3-cü futbolçu olub. 24 yaşlı oyunçunun aktivində 60 qol və 50 assist var.
Daha öncə bu göstəriciyə iki futbolçu imza atıb. Tyerri Anri Premyer Liqa karyerasını 175 qol və 74 məhsuldar ötürmə ilə başa vurub, Dennis Berkamp isə 87 qol vurub, 94 assist edib.







_1779196900.jpg)





