"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bremerin Turin təmsilçisi ilə müqaviləsində 58 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. İtaliya klubu 29 yaşlı mərkəz müdafiəçisini bu məbləğ qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Qleyson Bremer bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib. Braziliya millisinin üzvünün klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest