20 May 2026, 00:40
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football365" yayıb.
Bildirilir ki, fransız hücumçunun xidmətində "Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso maraqlıdır. İngilis klubu artıq Mbappenin agenti olan anası ilə əlaqə saxlayıb.
İspaniyalı mütəxəssis oyunçu ilə yenidən "Stemford Bridc"də çalışmaq istəyir. Alonso "Real"da olduğu müddətdə Mbappe ilə yaxşı münasibətləri olub.
Kilian Mbappenin Madrid klubu ilə 2029-cu ilin iyun ayına qədər olan müqaviləsi var. Bu mövsüm hücumçu Madrid klubunun heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 41 qol vurub və 7 məhsuldar ötürmə edib.













