20 May 2026, 00:46
FUTBOL
"Arsenal" 22 ildən sonra İngiltərə Premyer Liqasının çempionu oldu.
"Arsenal" 22 ildən sonra İngiltərə Premyer Liqasının çempionu oldu.
Matc.az xəbə verir ki, Premyer Liqanın 37-ci turundan "topçular" "Börnli"ni minimal hesabla məğlub ediblər, "Mançester Siti" isə "Bornmut"la heç-heçə edib - 1:1.
Bu nəticələrdən sonra "Arsenal" 83 xal qazanaraq İngiltərə çempionu olub. "Mançester Siti" isə 37 oyundan sonra 78 xalla ikinci yerdədir.
Qeyd edək ki, "Arsenal" sonuncu dəfə 2003/2004 mövsümündə baş məşqçi Arsen Vengerin rəhbərliyi altında İngiltərə çempionluğunu qazanmışdı.













